İşa namazı

Vikipediya, azad ensiklopediya
Jump to navigation Jump to search

İşa namazı yada Yatsı namazı 4 rəkətdir. Şam namazından sonra qılınır və axır vaxtı gecəyarısıdır.

İşa namazının qılınma qaydası[redaktə | əsas redaktə]

  1. Niyyət
  2. Qiyam;
  3. Təkbirətul-ehram;
  4. Həmd və surə oxumaq;
  5. Ruku;
  6. Rukudan qalxmaq;
  7. Bir cüt səcdə;
  8. Ayağa qalxma;
  9. Həmd və surə oxumaq;
  10. Ruku;
  11. Rukudan qalxmaq;
  12. Bir cüt səcdə;
  13. Təşəhhüd;
  14. Ayağa qalxmaq
  15. Həmd surəsi, yaxud 3 dəfə təsbihati-ərbəə oxumaq;
  16. Ruku;
  17. Rukudan qalxmaq;
  18. Bir cüt səcdə;
  19. Ayağa qalxma;
  20. Həmd surəsi, yaxud 3 dəfə təsbihati-ərbəə oxumaq;
  21. Ruku;
  22. Rukudan qalxmaq;
  23. Bir cüt səcdə;
  24. Təşəhhüd;
  25. Salam.

Qeyd: Müstəhəbdir ki, 2-ci rəkətdə həmd-surə oxuduqdan sonra rukudan qabaq qunut tutulsun.

Niyyət[redaktə | əsas redaktə]

İşa namazının qılınması üçün ürəkdə niyyət olunur. Yəni, hər hansı standart cümlə işlədilmir, yalnız bu namazın qılınması ürəkdən keçirilir.

Qiyam[redaktə | əsas redaktə]

Ayaq üstə üzü qibləyə dayanmaq.

Təkbirətul-ehram[redaktə | əsas redaktə]

Əllər qulaq bərabərinə qaldırılır və "Əllahu Əkbər" deyilir.

Həmd və surə oxunmaq[redaktə | əsas redaktə]

Həmd surəsi ilə ondan başqa bir surə (vacibi səcdə ayəsi olmayan) oxunmalı.

Ruku[redaktə | əsas redaktə]

Rukuda, yəni normal adamın əlləri dizlərə çatacağı həddə qədər əyilmiş vəziyyətdə 3 dəfə "Sübhənəllah" demək kifayətdir.

Bir cüt səcdə[redaktə | əsas redaktə]

Səcdədə bədənin 7 üzvü yerə toxunmalıdır: alın, iki əlin ovucu, dizlər və ayağın baş barmaqları. Alının qoyulduğu əşya torpaqdan alınan, yeməli, içməli olmayan əşya olmalıdır. Məsələn, daş parçası, taxta parçası, qum, çınqıl, torpaq, gil və s. Hər səcdədə 3 dəfə "Sübhənəllah" demək kifayətdir.

Təşəhhüd[redaktə | əsas redaktə]

Təşəhhüd deyən zaman oturaq vəziyyəti alırsan (müstəhəbdir ki sol budun üstə oturasan və sağ ayağı sol ayağının üstə qoyasan). Təşəhhüdün vacibi miqdarı: "Əşhədu ən la ilahə illəlah, vəhdəhu la şərikə ləh, və əşhədu ənnə Muhəmmədən əbduhu və rasuluh. Allahummə salli əla Muhəmmədin və ali Muhəmməd".

Müstəhəbdir ki, təşəhhüddən əvvəl "Əlhəmdulillah", yaxud "Bismillahi və billah. Və xayrul əsmayu lillah" deyəsən.

Salam[redaktə | əsas redaktə]

Vacibi miqdarı - "Əssəlamu əleykum və rahmətullahi və bərakətuh".

Müstəhəbdir ki, bundan əvvəl "Əssəlamu əleykə eyyuhən-nəbiyyu və rahmətullahi və bərakətuh. Əssəlamu əleyna və əla ibadillahis-salihin" deyəsən.

Qeyd: Müsafir olanlar işa namazını 2 rəkət qılırlar.