Tekumse

Vikipediya, azad ensiklopediya
Jump to navigation Jump to search
Tekumse

Tekumse ( ing. Tecumseh;1768 - 5 oktyabr 1813) - şauni xalqı və Tekumse konfederasiyası kimi məşhur olan hindu tayfa birliyinin lideri.

Erkən həyatı[redaktə | əsas redaktə]

Tekumse 1768-ci ildə müasir Ohayo ştatının ərazisində olan Sayoto çayının yerləşdiyi yerdə anadan olmuşdur. Onun atası, Paksinvo Fransız-hindu müharibəsində iştirak etmişdir. O, Poynt-Plezant adlı yerdə öldürülmüşdür. Ağ insanlar 1774-cü ildə Danmor müharibəsindən sonra bağlanmış müqaviləni pozaraq hinduların torpaqlarına basqın eləyirlər. Atasının ölümündən sonra Tekumse döyüşçü olmağa qərara alır.

O, 14 yaşında ABŞ İstiqlaliyyət müharibəsində iştirak etmişdir. Bununla o ilk dəfə amerikalılara qarşı çıxış etmişdi. Müharibənin bitməsindən sonra 1783-cü ildə bir neçə hindu tayfasının liderləri ABŞ hakimləri ilə birgə danışıqların aparılması və konfederasiya yaradılması haqda Sandaski sazişini bağlayırlar. Sülhün bağlanmasına baxmayaraq, ağların hinduların torpaqlarını tutması davam edirdi. Konfederasiyanın döyüşçüləri buna cavab olaraq amerikalıların məskunlaşdığı əraziyə hücum etməyə başlayırlar. Bunun nəticəsində, Şimal-qərbi hindu müharibəsi başlamışdır.

Tekumse döyüşlərdə aktiv iştirak edərək seçilirdi. O, general Artur Sent-Klerin ordusunu döyüşdə darmadağın etmişdir. Əsirləri və yaralanları nəzərə almasaq, 922 amerikalı əsgərdən 632-si elə döyüş yerində öldürülmüşdür. 1794-cü ilin iyununda Tekumsenin başçılığı altında olan hinduların Fort-Rikaveriyə hücümu uğursuzluqla nəticələndi. Nəticədə, hindular Qrinvil sülhünü bağlamağa məcbur olmuşdular.

Tekumse müharibəsi[redaktə | əsas redaktə]

Tekumsenin büstü, Ontario Kral muzeyi

Tekumse Qrinvil sülhünü imzalanmaqdan imtina edərək, onun imzalanmasında iştirak etməmişdir. Hindu tərəfini vayandot, delavar, şauni, ottava, potavat, mayami, kaskaskiya, ocibve hindu tayfalarının döyüşçüləri təşkil edirdi.

1800-cü ildə qubernator təyin olunmuş Uilyam Henri Harrison 1801-ci ildə yenidən İndiana ərazisinə qayıdır. O, yeni qitəyə gələnləri məskunlaşdırmaq üçün hindu torpaqlarını ələ keçirmək hüququ uğründa səy göstərirdi. Harrison torpaqdan istifadə haqda hindularla dəfələrlə müqavilə bağlamışdır. 1809-cu ildə Fort-Ueynedə bağlanmış müqavilə nəticəsində hindular 3 milyon akr ( təxminən 12 000 km yaxın) torpaqlarını satmışdılar. Tekumse Fort-Ueynedə bağlanmış müqavilənin qeyri-qanuni olduğunu bildirmişdi. O, ABŞ-da olan bütün şimal-şərqi və şərqi hindu tayfalarını birləşdirməyi planlaşdırırdı. Tayfaların birləşməsində yeni dini cərəyanı təbliğ edən Tekumsenin qardaşı, Tenskvatava mühüm rol oynamışdır.

1810-cu ildə Harrisonla müşavirə zamanı ABŞ prezidentindən danışıqları ləğv etməyi, satılmış torpaqlarda amerikalıların məskunlaşmasına icazə verilməməsini bildirmişdir. Harrison onlarla razılaşmır. Tekumsenin olmadığı müddətdə Harrison 1200 əsgərdən ibarət qoşun toplayır.Hinduların hücumu silahlanmış amerikalıları hinduların ərazilərinə soxulmasına gətirib çıxarır. 1811-ci il 7 noyabrda baş vermiş Tippekano döyüşündə amerikalılar qələbə qazanır.

1812-ci il müharibəsi[redaktə | əsas redaktə]

Tippekano döyüşündə məğlub olduqdan sonra Tekumse Britaniya ordusuna birləşmək üçün öz tərəfdaşlarını toplamağa başlayır. 1812-ci il 18 iyun tarixində ABŞ Britaniya imperiyasına müharibə elan edir. Tekumse britaniyalılar tərəfindən Detroytun götürülməsində vacib rol oynamışdır. Tekumse bundan sonra Britaniya ordusunda briqada general olur. 1813-cü ilin oktyabrında ABŞ qoşunları Britaniya qoşunlarını Temza çayı sahillərində yaxalayırlar. Onların üzərinə Harrisonun rəhbərliyi altında birləşmiş amerikalı və hindu döyüşçüləri hücum edirlər. Tekumse əlbəyaxa döyüşdə öldürülmüşdür. İndiyə qədər hindu başçısını kimin öldürməsi dəqiq məlum deyil. Versiyalardan birinə görə, bunu Martin Van Burenin kabinetində vitse-prezident kimi çalışan polkovnik Riçard Conson etmişdir.

Həmçinin bax[redaktə | əsas redaktə]

Tekumse lənəti